UKraynanın Odessa şəhərində Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli zabiti güllələnib. Herbiand.az xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb.
Məlumata görə, qətldə şübhəli bilinən təqaüdçü saxlanılıb. Onun üzərindən tapança, gilizlər və digər sübutlar götürülüb.
Qətlin yol üstündə iki sürücü arasında yaranan münaqişə zəminində törədildiyi iddia edilir. Lakin müstəntiqlər sifarişli qətl versiyasını da istisna etmirlər.
Öldürülən 50 yaşlı hərbçinin kimliyi açıqlanmır. Hərbi məzmunlu xəbərlər yayan teleqram kanalı zabitin Ukrayna hərbi donanmasının komandanlığında xidmət etdiyini yazıb.
E.Cəfərli