2026-cı il sentyabrın 22-dən 28-dək ABŞ-ın Nyu-York şəhərində keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyasında 193 üzv ölkədən 130-u liderlər səviyyəsində iştirak etmişdir.
Prezidentimizin pozulmuş dünya düzənini xatırlatdığı toplantıda Qəzzadakı humanitar böhran və soyqırım, Livan və Suriyadakı qarşıdurmalar, Rusiya-Ukrayna müharibəsi, İran müharibəsi, iqlim dəyişiklikləri və süni intellekt məsələləri ön plana çıxmışdır.
Toplantıda yetmiş min günahsız insanın qatili, soyqırımçı Binyamin Netanyahu da çıxış etmişdir. Netanyahu kürsüyə çıxan kimi, aralarında Türkiyənin də olduğu təxminən 70 ölkənin nümayəndələri etiraz əlaməti olaraq zalı tərk etmişdir. Bundan əsəbiləşən Netanyahu zalı tərk edənləri “əxlaqi qorxaqlar” və “ikiüzlülər” adlandırmışdır. Çıxışında həm müttəfiqlərini, həm də başda Türkiyə olmaqla rəqib saydığı ölkələri hədəf alaraq sərt ittihamlar səsləndirmişdir.
Gəlin əsas mövzuya keçək. Anlaşılır ki, Netanyahunun çıxışını ölkə nümayəndə heyətlərinin bir hissəsi dinləmişdir. Sosial mediada bəzi müsəlman ölkələrini də toplantını tərk etmədiyi, bu yolla Türkiyəyə xəyanət etdikləri kimi paylaşmalar edildiyi görülmüşdür. Bunlardan biri də Azərbaycandır. Halbuki bu ölkələrin hamısı ilə Türkiyənin son dərəcə yaxın münasibətləri var.
Netanyahunun çıxışı zamanı həqiqətən zalın böyük hissəsi boşaldı. Toplantını tərk etmədilər deyilən müsəlman ölkələrin nümayəndə heyətləri də toplantını tərk etdilər. Amma diqqət etsəniz, yalnız bir məruzəçi qoyub getdilər.
İndi durub “Azərbaycan nümayəndə heyəti toplantını tərk etməməklə Türkiyəyə xəyanət etmişdir” demək yanlış olar. Bir qisim bədniyyətli insanlar belə bir söylənişi qəsdən yayıb istifadə etmiş ola bilərlər. Türkiyə və Azərbaycan kimi oğuz soylu qardaş iki ölkənin arasını vurmaq üçün amansız cəhdlər göstərə bilərlər.
Belə həssas mövzularda danışarkən, yazarkən çox diqqətli olmaq lazımdır. Türkiyə və Azərbaycan bir bədənin iki şah damarı kimidir. Bu damarlardan birində narahatlıq olarsa, bədəndə sıxıntı və həyati təhlükə yaranar. Bədən isə Ulu Türküstandır.
Prof. Dr. İbrahim Öztek
Anadolu Ziyalılar Cəmiyyətinin Sədri
Türkiyə-Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin Sədri