Advertisment

Sabiq deputat orduya yazıldı, müharibə zonasına yollandı

İki çağırış Rusiya Dövlət Dumasının deputatı olmuş Mixail Romanov müharibəyə yollanıb. Herbiand.az xarici mediaya istinadən xəbər verir ki, M.Romanov Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb və Ukraynaya-işğal zonasına göndərilib.

Mətbuata açıqlama verən sabiq Duma üzvü deyib ki, Rusiya ordusunun ehtiyat zabitidir və deputatlıq səlahiyyət müddəti başa çatdıqdan sonra Müdafiə Nazirliyi ilə hərbi xidmət keçmək barədə müqavilə bağlamaq qərarına gəlib.

«Xidməti borcumu yerinə yetirməyə başlayıram. Həmyerlilərimi-Sankt-Peterburq sakinlərini məyus etməmək üçün  qələbəyə öz töhfəmi verməyə çalışacağam”-deyə, sabiq deputat bildirib.

Aydın

Herbiand.az