Dünən Bakı şəhəri Rövşən İmanov adına 205 nömrəli tam orta məktəbində məktəbəhazırlıq qruplarında ilk dərs günü ilə bağlı tədbir keçirilib.
Herbiand.az xəbər verir ki, tədbiri məktəbin direktoru Əliheydər Əlifli açıb.
Məktəb rəhbəri balaca fidanları təbrik edərək onlara bu yeni yolun başlanğıcında uğurlar arzulayıb: “Məktəbəhazırlığın əsas məqsədləri uşaqların fərdi xüsusiyyətlərini, tələb və imkanlarını nəzərə alaraq onların inkişafını, tərbiyəsini və təhsil prosesinə hazırlığını təmin etməkdir.
Bu mərhələdə uşaqlarda oxumağa həvəsin formalaşdırılması, məktəbə müsbət emosional münasibətin yaradılması və yeni mühitə uğurlu adaptasiyanın təmin edilməsi xüsusi əhəmiyyət daşıyır”.
Sonda balacalar sinif otaqları ilə tanış oldular.
Bəxtiyar CƏFƏRLİ