Bu gün Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il keçir.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatının elə ilk günündə düşmənin illərdir möhkəmləndirdiyi və "keçilməz" adlandırdığı ön müdafiə xətti yarıldı, Cəbrayıl və Füzuli rayonlarının 6 kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad edib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən Azərbaycan Ordusu oktyabrın 3-də şimal cəbhəsində mühüm strateji əhəmiyyət kəsb edən və həmin vaxt Tərtər rayonunun inzibati ərazisində olmuş Madagiz və Talış kəndlərini işğaldan azad etdi.
44 günlük Vətən müharibəsinin iştirakçısı "Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək" İctimai Birliyinin sədri Taleh Əliyevin həmin günlə bağlı xatirələrini bölüşüb.
Onun video çıxışı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi “Facebook” səhifəsində yayımlanıb.