Advertisment

Yunanıstanda təyyarə qəzası: İki pilot həlak olub

Yunanıstanın şimal-şərqindəki Pieriya vilayətində yüngül bir mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində hər iki təyyarəçi həlak olub.

Herbiand.az xəbər verir ki, bu barədə "ERT-news" telekanalı məlumat yayıb.

Təyyarə Pieriya aeroklubunun uçuş-enmə zolağının yaxınlığında aşkar edilib. Qəza zamanı yanğın baş verməyib.

Hadisə yerinə gələn Yanğın-xilasetmə Xidmətinin 8 əməkdaşı təyyarənin yaxınlığında iki təyyarəçinin meyitini tapıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Teleqraf