Danimarka F-16 qırıcı təyyarələrinin göyərtəsindəki toplar üçün Ukraynaya təcili olaraq 50.000-dən çox 20 mm-lik sursat bağışlayıb.
Herbiand.az bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Telegram-da məlumat verib.
Nazirlik qeyd edib ki, pilotlar artıq bu sursatlardan hücum dronlarını ələ keçirmək üçün istifadə edirlər: "Bu gün F-16 təyyarələri “Shahed” dronlarına qarşı ən təsirli əks tədbirlərdən biridir. Ona görə də onları effektiv şəkildə məhv etmək üçün kifayət qədər silah ehtiyatına sahib olmaq vacibdir".
Bəxtiyar CƏFƏRLİ