Cəbrayıl rayonunun Xudafərin kəndinin işğaldan azad edilməsindən 6 il ötür.
Herbiand.az xəbər verir ki, 2020-ci il oktyabrın 18-də, Vətən müharibəsinin 22-ci günündə Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudafərin kəndini və tarixi Xudafərin körpülərini erməni işğalından azad edib.
Həmin gün Cəbrayıl rayonunun Hacılı və Hacı İsaqlı kəndləri də işğaldan azad olunub.
Ermənistanın 30 ilə yaxın davam edən işğalı dövründə Xudafərin kəndi dağıdılıb, evlər və inzibati binalar xarabalığa çevrilib.
Xudafərin körpülərinin azad edilməsi Azərbaycan xalqının tarixi irsinin qorunması və Vətən müharibəsində Qələbəyə inamın güclənməsi baxımından mühüm hadisə olub.
Bu tarixi hadisə düşmənin həm hərbi, həm də psixoloji məğlubiyyətini sürətləndirən mühüm amillərdən biri kimi yadda qalıb.
Aydın