Yaxın Şərqdə baş verən son hadisələrdən sonra İranın ideoloji təsir imkanları məhdudlaşıb. Uzun illərdir Tehran öz təsir dairəsini genişləndirmək üçün dini ideologiyadan və müxtəlif regional qüvvələrdən istifadə edir.
Lakin bölgədə dəyişən siyasi reallıqlar İranın qurduğu təsir mexanizmlərinin gələcəyini sual altına alır. İranın “şiə hilalı” adlandırılan təsir dairəsi zəifləyirmi? Xomeyniçilik ideologiyasının aqibəti necə olacaq?
Herbiand.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib ki, dünyada baş verən son hadisələr və Yaxın Şərqdə gedən proseslər onu subut etdi ki, İran hakimiyyətinin “şiə hilalı” ideyası artıq iflasa uğramaq üzrədir: “Proses eyni zamanda İran rejiminin ortaya qoyduğu ideologiyanın həm islam dünyası, həm türk dünyası, həm də müasir qloballaşan dünya üçün nə dərəcədə təhlükə olduğunu bir daha sübut etdi”.
Onun sözlərinə görə, İran bu ideologiyadan siyasi məqsədlərini reallaşdırmaq üçün istifadə edir: “Süni düşmən obrazı yaradaraq öz məqsədlərinə çatmaq istəyirlər. Məqsədləri isə Sasani imperiyasının ən azı siyasi, ideoloji sərhədlərini genişləndirməkdir.
Molla rejimi məzhəbçilikdən, xomeyniçilikdən yararlanaraq İslam coğrafiyasında, proksi qüvvələr, terror təşkilatları və digər zərərli qurumlar təsis edib. Lakin son proseslər göstərir ki, İrana münasibət dəyişir.
Müsəlman coğrafiyasının xalqları gördülər ki, “şiə hilalı” ancaq islam ümmətinə zərər verdi. Xomeynizm hara girdisə, orada müsəlmanları parçaladı. İraq, Livanda gördük bunu. İndi də bu özünü Yəməndə göstərir.
Məhəmməd Əliyev