Biləsuvar rayonunda iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Herbiand.az xəbər verir ki, hadisə Biləsuvar–Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.