Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil və onu "strateji məğlubiyyət"ə uğratmaq ideyaları tamamilə faydasızdır.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiyanın Berlindəki səfirliyi Almaniya xüsusi təyinatlı qüvvələrinin münaqişəyə hazırlığı ilə bağlı xəbərləri şərh edərkən bildirib.
Qeyd edək ki, Bundesverin Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının rəhbəri Andreas Kyune Bild nəşrinə verdiyi müsahibədə Almaniyanın öz xüsusi təyinatlı qüvvələrini Rusiya ilə potensial münaqişəyə hazırladığını etiraf edib.
"Heç kim şübhə etməməlidir ki, NATO üzv dövlətlərinin təcavüzü halında ölkəmiz onu dəf etmək və milli maraqlarını qorumaq üçün bütün lazımi imkanlara malikdir. Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil və onu "strateji məğlubiyyət"ə uğratmaq ideyaları tamamilə faydasızdır", - səfirlikdən vurğulanıb.
Bəxtiyar CƏFƏRLİ