Advertisment

Beskrestnov: Rusiya dünyada olan bütün Patriot-dan daha çox ballistik raket istehsal edir

Rusiya hərbi-sənaye kompleksi dünyanın bütün ölkələrində olan Patriot hava hücumundan müdafiə sistemlərinin sayından daha çox ballistik raketlər istehsal edir.

Herbiand.az xəbər verir ki, bunu Ukrayna prezidentinin müşaviri Sergey Beskrestnov deyib.

O, qeyd edib ki, bu balans çox qəribə görünür: “Ukrayna nəzəri olaraq bu cür raketlərin yığılmasını birbaşa öz ərazisində təşkil edə bilərdi. Lakin, belə istehsalın həyata keçirilməsi zəruri komponentlərin çatışmazlığı ilə çətinləşir”.

Bəxtiyar CƏFƏRLİ