Almaniyada yerləşən təbiət parklarının birində dəhşətli hadisə baş verib. Beləki canavar 8 yaşlı qıza hücum edib. Herbiand.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Məlumata görə, hadisə Yohannismüle təbiət parkında baş verib. Hücum zamanı qız parkın əməkdaşları və daha iki uşaqla birlikdə canavarın olduğu çəpərlənmiş ərazidə olub.
Başından xəsarət alan uşaq xəstəxanaya çatdırılıb, digər xəsarət alanlar barədə məlumat verilməyib.
İlkin ehtimala görə, hadisə canavarların yemlənməsi xidməti çərçivəsində baş verib, lakin heyvanın əməkdaşın nəzarəti altında uşağa necə xəsarət yetirdiyi hələlik məlum deyil.
Hadisə ilə əlaqədar park müvəqqəti olaraq bağlanıb.
Aydın