Advertisment

Rusiya ordusu oktyabr ayında Ukraynanın 5 məlumat mərkəzini məhv edib

Rusiya Silahlı Qüvvələri oktyabr ayında Ukrayna ordusu tərəfindən istifadə edilən 5 məlumat mərkəzini məhv edib.

Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin hesabatlarında qeyd olunub.

Ümumilikdə, 1-31 oktyabr tarixləri arasında Rusiya Müdafiə Nazirliyi beş fərqli məlumat mərkəzinin altı dəfə vurulduğu barədə məlumat verib. Onlardan biri olan Kiyevdəki “ATM Ukrsibbank”-a qarşı iki dəfə hücumlar qeydə alınıb.

Nazirliyin məlumatına görə, obyektlər Ukrayna hərbçiləri üçün məlumatların emalı, saxlanması və ötürülməsi üçün istifadə olunub.

Bəxtiyar CƏFƏRLİ