Rusiya hərbçilərinə çatdırılması nəzərdə tutulan FPV dron eynəklərində improvizə edilmiş partlayıcı qurğular aşkar edilib. Onlar soyutma sisteminin ventilyatorlarının yerləşdiyi yerə quraşdırılıb.
Herbiand.az bildirir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, FTX Ukrayna kəşfiyyat orqanları tərəfindən planlaşdırılan bir sıra terror hücumlarının qarşısını ala bilib.
Hadisələrdən biri Volqoqrad vilayətində aşkar edilib. Yerli hərbçi könüllüdən iki dəst FPV eynəyi alıb və hərbi əks-kəşfiyyat orqanlarının göstərişi ilə eynəyi yoxlamaq üçün FTX ilə əlaqə saxlayıb.
Partlayıcı maddələr üzrə mütəxəssislər avadanlığı rentgen şüaları ilə araşdırıb və içərisində gizli yüklər aşkar ediblər. Məlum olub ki, Ukrayna kəşfiyyat xidmətləri standart soyutma ventilyatorlarını improvizə edilmiş partlayıcı qurğularla əvəz edib.
FTX-nin məlumatına görə, minalanmış eynəklərin xüsusi hərbi əməliyyat zonasına çatdırılması planlaşdırılırdı. Lakin aşkarlanan iki dəst təkcə bu olmayıb. Rusiyanın müxtəlif bölgələrində xüsusi xidmət orqanları düşmənin “Rusiya poçtu” vasitəsilə göndərdiyi oxşar cihazların bütöv dəstəsini ələ keçirib.
Bəxtiyar CƏFƏRLİ