Advertisment

Estoniya Baş naziri xüsusi hərbi əməliyyat veteranları barədə: “Oturun evdə”

Estoniya Baş naziri Kristen Mixal Rusiyanın xüsusi hərbi əməliyyatda iştirak edən veteranlarına qarşı sərt açıqlama verib.

Herbiand.az "Komsomolskaya pravda" qəzetinə istinadən bildirir ki, açıqlama onların Avropa vizası ala bilmələri ilə bağlıdır.

Estoniya Baş nazirinin bu açıqlamasına Avropa Komissiyasının rusiyalılar üçün giriş sənədlərinin yoxlanılmasını gücləndirmək çağırışı ilə bağlı bir nəşr səbəb olub.

"Bu, hazırda məşğul olduğumuz vacib məsələdir. Oturun evdə. Məhkəmənizi gözləyin", - Mixal X sosial şəbəkəsində yazıb.

Bəxtiyar CƏFƏRLİ