23 noyabrda Garden Reach Shipbuilders & Engineers (GRSE) gəmitikinti şirkəti Hindistan Hərbi Dəniz Qüvvələrinə ASW SWC sinifli “Ashank” sualtı qayıq əleyhinə sahil gəmisini təhvil verib.
Herbiand.az xəbər verir ki, gəmi Hindistan donanmasının Şərq hərbi-dəniz komandanlığının qərargah rəisi, kontr-admiral Gautam Marvaha tərəfindən qəbul edilib.
Gəminin uzunluğu 77,6 metr, eni 10,5 metrdir. Heyət 7 zabit daxil olmaqla 57 nəfərdən ibarətdir.
Silahlanmaya RBU-6000 raket-bomba atıcı qurğusu, 324 mm-lik yüngül torpedalar, sualtı qayıq əleyhinə minalar, 30 mm CRN-91 artilleriya sistemi və iki 12,7 mm OFT M2 məsafədən idarə olunan modul daxildir.
Bəxtiyar CƏFƏRLİ