Norveç və Ukrayna dronlara qarşı mübarizə aparmaq üçün nəzərdə tutulmuş yeni DESNA hava hücumundan müdafiə sistemi üzərində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
Herbiand.az bildirir ki, bu barədə Norveç Müdafiə Nazirliyi məlumat verib.
Layihə Norveçin "Kongsberg" şirkəti və ukraynalı tərəfdaşı tərəfindən birgə həyata keçirilir.
Nazirlikdən qeyd olunub ki, sistem artıq istifadədədir və Ukrayna raketlərini, zenit-raket sistemlərini və buraxılış qurğularını Ukraynaya təhvil verilmiş Norveç idarəetmə sistemləri ilə birləşdirir.
Əməkdaşlıq planına həmçinin, DESNA-nın Ukraynanın digər ərazilərində istifadəsinin genişləndirilməsi də daxildir. Lakin Norveç Müdafiə Nazirliyi sistemin yerləşdirilməsinin təfərrüatlarını və ya miqyasını dəqiqləşdirməyib.
Bəxtiyar CƏFƏRLİ