10 Avropa ölkəsinin 27 sənaye şirkətindən ibarət konsorsium tərəfindən hazırlanmış Euroguard eksperimental modul gəmisinin prototipinin vaftiz mərasimi Baltic Workboats gəmiqayırma zavodunda keçirilib.
Herbiand.az bildirir ki, mərasimə Estoniya Prezidenti Yulle Madize sədrlik edib.
Euroguard müstəqilliyin bərpasından bəri Estoniyada inşa edilən ən böyük gəmi olacaq. Gəmi 45 metr uzunluğundadır.
Euroguard muxtar naviqasiya və sahildən uzaqdan idarəetmə üçün sınaq platforması kimi xidmət edəcək. Onun modul konfiqurasiyası gəminin bir neçə missiya profilinə uyğunlaşdırılmasına imkan verəcək - dəniz müşahidəsi, mina müharibəsi, dəniz dibi və kritik infrastrukturun qorunması, axtarış və xilasetmə, eləcə də pilotsuz sistemlərin yerləşdirilməsi və istismarı.
Bəxtiyar CƏFƏRLİ