Advertisment

NATO gec-tez Ukrayna üzərində Rusiya raketlərini vuracaq

NATO gələcəkdə Ukrayna ərazisi üzərində Rusiya raketlərini ələ keçirməyə başlayacaq.

Herbiand.az xəbər verir ki, bu barədə Polşa Milli Təhlükəsizlik Bürosunun keçmiş rəhbəri Yaçek Severa bildirib.

O, qeyd edib ki, gec-tez yenə də bu raketləri vuracaqlar: “Yeganə sual bu düşüncə prosesinin nə qədər çəkəcəyi və etibarlılığımızı sarsıdan daha neçə belə hadisənin baş verəcəyidir”.

Severanın sözlərinə görə, müvafiq sənədlər hələ 2022-ci ildə Kiyev tərəfinin xahişi ilə hazırlanıb.

Bəxtiyar CƏFƏRLİ