Advertisment

İspan futbolçu paytaxtdakı şəraitdən razı qaldı

Rusiyanın “Rodina” klubunda çıxış edən ispaniyalı yarımmüdafiəçi İker Pozo Moskvada təhlükəsizlik şəraitini dəyərləndirib.

Herbiand.az xəbər verir ki, futbolçu bu barədə RİA Novosti-yə açıqlamasında danışıb.

O bildirib ki, özü və ailəsi Rusiya paytaxtında yaşamaqdan məmnundur və özünü Moskvada bəzi digər böyük şəhərlərlə müqayisədə daha təhlükəsiz hiss edir.

Pozo qeyd edib ki, həyat yoldaşı və övladı ilə Moskvanın mərkəzində gəzərkən heç bir narahatlıq keçirmir.

26 yaşlı futbolçu əlavə edib ki, böyük meqapolisdə yaşamaq onun xoşuna gəlir və Moskva indiyədək yaşadığı ən böyük şəhərdir.

Aydın

Herbiand.az