Advertisment

Arnold Şvartsenegger - dünyanın ən isti babası

Amerikalı aktyor, bodibilder və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger dünyanın ən isti babası seçilib.

Herbiand.az bildirir ki, 79 yaşlı aktyor bu ada Woman's World jurnalı tərəfindən layiq görülüb.

Jurnalın redaktorları qalibi dörd keyfiyyəti özündə cəmləşdirən kişilər arasından seçiblər: xeyirxahlıq, sağlamlıq, yumor hissi və həyat təcrübəsi. Şvartsenegger bütün bu meyarlara cavab verib - xeyriyyəçilik, idmanın təbliği, 5 övladına və nəvələrinə qayğı göstərmək.

O, jurnala verdiyi müsahibədə gənc görünüşünün sirrini açıqlayıb. Ürək əməliyyatına və omba protezinə baxmayaraq, velosiped sürməyə, xizəklə gəzməyə və idman zalında məşq etməyə davam edir, bununla da məşqlərini zədələrinə uyğunlaşdırır. Şvartsenegger həmçinin insanlarla real həyatda qarşılıqlı əlaqəni qocalıqda xoşbəxtliyin açarı kimi qiymətləndirib.

Bəxtiyar CƏFƏRLİ