Rusiyanın müdafiə naziri Andrey Belousov Qara dəniz donanmasının komandanlıq məntəqəsində müşavirə keçirib.
Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Nazirə regionda hərbi təhlükəsizliyin təmin edilməsi tədbirləri barədə məlumat verilib.
Beloussov müşavirədə sahil aşkarlama sisteminin döyüş qabiliyyətlərinin, eləcə də düşmənin hava hücumlarını dəf etmək və hərbi və mülki infrastrukturu qorumaq üçün qüvvə və vasitələrin artırılmasının prioritet olduğunu vurğulayıb.
Bundan əlavə, müdafiə naziri yarımadadakı mövcud vəziyyəti müzakirə etmək üçün Krım Respublikasının rəhbəri (Ukraynanın Krım vilayəti – red.) Sergey Aksenov və Sevastopolun qubernatoru Mixail Razvojayevlə də görüşüb.
Bəxtiyar CƏFƏRLİ