"Mən eksklav və anklavlar məsələsindən, o cümlədən seçkiqabağı dövrdə danışdım. Biz bütün həll olunmamış məsələləri həll etməliyik”.
Herbiand.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasından sonra jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
Paşinyan Başkənd məsləsini xatırladıb və bu kəndin 1991-ci il Alma-Ata Bəyannaməsində təsbit olunmuş prinsiplərə uyğun olaraq Ermənistan ərazisi olduğunu bildirib.
"Məsələ mövcuddur və o, 1991-ci il Alma-Ata Bəyannaməsinə və delimitasiyanın əsasını təşkil edən xəritələrə uyğun olaraq həll edilməlidir", - deyə Paşinyan bildirib.
O, əlavə edib ki, bu məsələnin həlli üçün iki variant var. “Birinci seçim: anklav və ya eksklav statusuna malik ərazi de-yure aid olduğu ölkənin ərazisi olaraq qalır. İkinci seçim: biz razılığa gəlirik və məsələn, sərhəd boyunca bu ekvivalent əraziləri, belə demək mümkünsə, ekvivalent ərazilərə bölürük və ya ayrı-ayrı yerlərdə dəyişikliklər edirik. Başqa sözlə, bunun üçün prosedurlar da nəzərdə tutulub və biz bu məsələni Ermənistan qanunvericiliyi və Konstitusiyası ilə müəyyən edilmiş prosedura uyğun olaraq həll etməliyik”.
Ermənistan Respublikasının Baş naziri həmçinin mühüm bir məqama diqqət çəkib. O, bir ay yarım əvvəl Azərbaycan valyutasında və pasportlarında Artsvaşenin fərqli rəngdə qeyd olunduğunu və Azərbaycana məxsus olmayan bir ərazi olan anklav kimi təyin olunduğunu öyrəndiyini vurğulayıb. “Bu, çox vacib bir nüansdır və inanıram ki, biz də Alma-Ata Bəyannaməsinə uyğun xəritələri dəqiq şəkildə həll etmək üçün eyni qarşılıqlı yanaşmanı nümayiş etdirməliyik, çünki bu, müqavilələrdən və imzalanmış müqavilənin mətnindən irəli gəlir. Bu, siyasətimizin, münasibətimizin və mövqeyimizin inkişaf etdirilməsi baxımından da çox əhəmiyyətli bir faktdır, çünki başa düşməliyik ki, bu məsələnin vacib bir nüansı var və bu da aşağıdakılara işarə edir: biz onlara məxsus olanı kimin nəzarətə götürdüyü məntiqi ilə deyil, sülh müqaviləsinin məntiqi ilə idarə olunmalıyıq”, - deyə Nikol Paşinyan bildirib.