Advertisment

Novorossiyskdəki bütün yanacaqdoldurma məntəqələrində benzin qurtarıb

Novorossiyskdəki yanacaqdoldurma məntəqələrində benzin qurtarıb və indi yalnız yanacaq kartı sahibləri benzin doldura bilər.

Bu barədə yerli idarəetmə orqanından məlumat verilib. Yanacaq kartları yanacaq operatorları ilə müqavilələr əsasında şirkətlərə verilir və şirkət avtomobillərində istifadə üçün nəzərdə tutulub. Dizel yanacağı hələ də şəhərdə məhdud miqdarda olsa da - cəmi səkkiz yanacaqdoldurma məntəqəsində mövcuddur.

93.ru onlayn portalına görə, vəziyyəti izləmək üçün Novorossiysk BNM şəhər yanacaqdoldurma məntəqələrində yanacağın mövcudluğunu göstərən onlayn xəritəni işə salıb. 3 iyul tarixinə xəritədə qeyd olunan məntəqələrin heç birində benzin yox idi - yalnız dizel qalıb. Şəhərdə yanacaq çatışmazlığı 10 iyunda başlayıb və iyulun əvvəlindən etibarən sakinlər hələ də benzin olan məntəqələrdə saatlarla növbədə gözləməli olublar.

Novorossiysk sakini 93.ru saytına bildirib ki, benzin çatışmazlığı səbəbindən ictimai nəqliyyatda kondisioner işləməyib, taksi qiymətləri artıb və küçələrdə avtomobillərin sayı xeyli azalıb.

Nurlan Cəbrayılzadə
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi