ABŞ-ın İranın Hörmüzqan əyalətinin Sirik şəhərinə hücumu nəticəsində 3 nəfər ölüb, 15 nəfər yaralanıb.
Herbiand.az -ın məlumatına görə, İranın cənubundakı Hörmüzqan əyalətinin administrasiyası ABŞ ordusunun Sirik şəhərindəki ticarət və balıqçılıq limanına hücum etdiyini açıqlayıb.
Hücum nəticəsində 3 nəfərin öldüyü, daha 15 nəfərin isə yaralandığı bildirilir.
Hörmüzqan administrasiyasından bildirilib ki, Sirik limanının infrastrukturu tamamilə mülki xarakter daşıyır və burada heç bir hərbi fəaliyyət həyata keçirilmir.