Rusiya Silahlı Qüvvələrinin istifadə etdiyi döyüş təyyarələri xüsusi hərbi əməliyyatın təcrübəsi əsasında modernləşdirilir.
Herbiand.az bildirir ki, bu barədə Birləşmiş Aviasiya Korporasiyasının baş direktoru Vadim Badexa məlumat verib.
Su-30SM2 və Su-34 təyyarələrinin Rusiya Müdafiə Nazirliyinə çatdırılmasına münasibət bildirən baş direktor qeyd edib ki, Korporasiya texnikaları dövlət müdafiə sifarişi çərçivəsində davamlı və qrafik üzrə çatdırır: "Avadanlıqların çatdırılması ilə yanaşı, xüsusi hərbi əməliyyat zamanı qazanılan təcrübəni nəzərə almaqla təyyarələrimizi daha da təkmilləşdirmək üzərində işləyirik".
Bəxtiyar CƏFƏRLİ