Meksika hökuməti miqrasiya saxlama mərkəzlərində və ya ABŞ Miqrasiya və Gömrük Mühafizəsi tərəfindən aparılan əməliyyatlar zamanı Meksika vətəndaşlarının ölümü ilə bağlı ABŞ-da cinayət şikayətləri vermək niyyətindədir.
Herbiand.az xəbər verir ki, bu barədə Meksikanın xarici işlər naziri Roberto Velasko bildirib.
Onun sözlərinə görə, Miqrasiya və Gömrük Mühafizəsində 14 meksikalı, saxlama əməliyyatları zamanı isə daha 3 nəfər ölüb: "Biz diplomatik sahədən kənara çıxacağıq və bu işlər ilə bağlı birbaşa ABŞ prokurorlarına şikayətlər təqdim edəcək, cinayət araşdırmaları tələb olunacaq".
Bəxtiyar CƏFƏRLİ