Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin nümayəndələrinin müşayiəti ilə müstəntiqlər iyulun 8-də timsahları götürmək üçün Tsarukyanın evinə gediblər və onları zooparka aparmaq niyyətində olublar.
Herbiand.az xəbər verir ki, bu barədə məlumat verən "Hraparak" qəzetinin yazdığına görə yırtıcılardan biri ona yaxınlaşan Xilasetmə Xidməti zabitini "parçalamağa" cəhd edib, lakin sonuncu heyvanın pəncəsindən qaçmağı bacarıb.
Timsah onu dişlədiyi bildirilir. Bundan sonra zərərçəkən təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Qəzet bu barədə Daxili İşlər Nazirliyindən şərh almağa çalışsa da cavab verilməyib.