Ankarada keçirilən NATO sammiti çərçivəsində Almaniya ABŞ ilə Tomahawk qanadlı raketlərinin alınması və Almaniyada yerləşdirilməsi barədə razılığa gəlib.
Herbiand.az “dpa” agentliyinə istinadən xəbər verir ki, Almaniya kansleri Fridrix Merz bunu 9 iyul cümə axşamı günü Bundestaqa verdiyi hesabatında bildirib.
"Biz bununla müdafiəmizdə mühüm strateji boşluğu aradan qaldırırıq. Eyni zamanda, öz Avropa sistemlərimizi inkişaf etdirmək və onları Avropada yerləşdirmək üçün çalışacağıq".
2024-cü ildə ABŞ-ın o vaxtkı prezidenti Co Baydenin administrasiyası 2026-cı ilə qədər Almaniyaya 2500 km-ə qədər mənzilli Tomahawk qanadlı raketləri, SM-6 raketləri və ən son hipersəs silahları yerləşdirməyi planlaşdırırdı. Lakin Donald Tramp hakimiyyətə qayıtdıqdan sonra bu layihə ləğv edildi və indi Almaniya hökuməti fərqli bir yol tutaraq Vaşinqtondan Tomahawk almaq qərarına gəlib.
“dpa” qeyd edir ki, hazırda Avropa NATO üzvlərinin öz orta mənzilli silahları yoxdur.