Ukrayna Tver və Stavropol diyarındakı Rusiya neft anbarlarına hava hücumu gerşəkləşdirib.
Tverdə, 9 iyul Cümə axşamı gecəsi dron hücumu nəticəsində Surqutnefteqazın bir hissəsi olan Tvernefteproduct neft anbarı yanır.
Tver vilayətinin qubernatoru Vitali Korolev Tver neft anbarında baş verən yanğını təsdiqləyib.
Dronlarla Stavropol diyarındakı daha bir neft anbarına hücum olub. Vilayət qubernatoru Vladimir Vladimirov Şpakovski rayonunun Vyazniki kəndindəki sənaye müəssisəsində yanğın baş verdiyini bildirib. Gecə qubernator yanğının yaşayış binalarına yayılması təhlükəsinin olmadığını yazıb. Daha sonra o, alovun yanacaq çənlərinə çatdığını və yaxınlıqdakı küçənin sakinlərinin təxliyə edildiyini bildirib.
Ukraynanın "Supernova" Telegram kanalı Leninqrad vilayətindəki "Kirişinefteorgsintez" neft emalı zavoduna hücum barədə məlumat verib.