Advertisment

İtaliya Rusiya səfirliyindən iki hərbi attaşeni qovdu

İtaliya xarici işlər naziri və Baş nazirin müavini Antonio Tajani Romadakı Rusiya səfirliyindən iki hərbi attaşenin qovulması qərarını açıqlayıb.

O bu barədə Facebook səhifəsində yazıb: "İtaliya hökuməti Roma prokurorluğunun araşdırması zamanı aşkar edilmiş casusluq fəaliyyətlərinə görə məsuliyyət daşıyan İtaliyadakı Rusiya səfirliyindən iki hərbi attaşeni qovmaq qərarına gəlib. İtaliya Xarici İşlər Nazirliyinin baş katibi bu yaxınlarda Rusiyanın Romadakı səfirinə məlumat verib ki, İvan Petroviç Qorbaçov və Mixail Vasilyeviç Astaxov üç gün ərzində Romanı tərk etməlidirlər".

Tajani vurğulayıb ki, "Moskva Qərbə və İtaliyaya qarşı hücumlar həyata keçirmək üçün hibrid alətlərindən istifadə etməyə davam edir". "Bu, İtaliyanın təsisatlarına və milli təhlükəsizliyinə ciddi və qəbuledilməz müdaxilədir", - deyə o yazıb.