İndoneziya və Hindistan “BrahMos” raket sistemlərinin tədarükü ilə bağlı razılaşmanı yekunlaşdırdıqları barədə məlumat veriblər.
Herbiand.az bildirir ki, razılaşma Hindistanın Baş naziri Narendra Modinin Cakartaya səfəri zamanı elan edilib.
Müqavilə “BrahMos” Aerospace və İndoneziya Müdafiə Nazirliyi arasında imzalanıb. Tərəflərdən heç biri hələlik müqavilənin dəyəri, alınan raketlərin sayı və ya çatdırılma müddəti ilə bağlı əlavə məlumat verməyib.
Bəxtiyar CƏFƏRLİ