Advertisment

Ukrayna hərbçiləri cəbhədəki vəziyyətdən şikayətləniblər

Ukrayna hərbçiləri hökumətin "cəbhədə təşəbbüsün ələ keçirilməsi" iddialarına zidd olaraq cəbhədəki vəziyyətdən şikayətləniblər.

Herbiand.az bildirir ki, bu barədə "Ukrainskaya pravda" mənbələrə istinadən məlumat verib.

"Biz əks-hücum elementləri ilə aktiv müdafiə aparırıq, lakin təşəbbüsü ələ keçirməmişik... Düşmən hara, nə vaxt və hansı qüvvələrlə hücum edəcəyini müəyyənləşdirir", - nəşrin Kramatorsk və Slavyansk istiqamətlərindəki mənbə bildirib.

Zaporojye istiqamətindən olan başqa bir hərbçi isə oradakı döyüşlərin dinamikasında dəyişiklik əlaməti olmadığını bildirib. Nəşr qeyd edir ki, təşəbbüsü ələ keçirmək iddiaları "yəqin ki, vaxtından əvvəl və şişirdilmişdir".

Bəxtiyar CƏFƏRLİ