Advertisment

Rusiya MN: Ukrayna ordusu ilk dəfə Britaniyanın Rapid Ranger zenit raket sistemini itirib

Rusiya qüvvələri xüsusi əməliyyat zonasında ilk dəfə Britaniyanın Rapid Ranger zenit-raket sistemini məhv edib.

Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, sistem "Qərb" qüvvələr qrupu tərəfindən əhatə olunan cəbhə xəttində vurulub. Eyni istiqamətdə Rusiya bölmələri Amerikanın HMMWV zirehli maşınını, iki artilleriya qurğusunu və 18 nəqliyyat vasitəsini də məhv edib.

Bəxtiyar CƏFƏRLİ