Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla istənilən vaxt Cənubi Qafqaz məsələsini müzakirə edə biləcəyini bildirib.
Herbiand.az xəbər verir ki, bu barədə Ərdoğan Ankarada NATO sammitindən sonra keçirilən mətbuat konfransında jurnalistlərə bildirib.
"Cənubi Qafqaz məsələsini Prezident Trampla telefonla müzakirə edə bilərik", - deyə Türkiyə lideri aydınlıq gətirib.
Ərdoğan əlavə edib ki, bu məsələ NATO sammitində müzakirə olunmayıb.