Advertisment

Köçəryan xəstəxanaya yerləşdirilib

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan məhkəmə iclasının başlamasından təxminən yeddi saat sonra yenidən xəstəxanaya aparılıb.

Bu barədə Ermənistan mediasında xəbər yayılıb.

Köçəryanın oğlu Levon Köçəryan məhkəmə binasının qarşısında jurnalistlərə açıqlamasında bildirib ki, həkimlər atasının məhkəmə zalında qalmasını deyil, xəstəxanada müalicə olunmasını məqsədəuyğun hesab ediblər.

“Məhkəmə iclası davam edir. Həkimlər onun məhkəmə zalında deyil, xəstəxanada olmasını daha düzgün hesab ediblər. Vəkillər məhkəmə prosesini davam etdirəcəklər. Düşünürəm ki, məhkəmə səhər saatlarına qədər qərarını açıqlayacaq”, – deyə Levon Köçəryan bildirib.

Qeyd edək ki, avqustun 25-də Robert Köçəryanın ofisinin rəhbəri keçmiş prezidentin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin binasından xəstəxanaya yerləşdirildiyini açıqlamışdı. Erməni tərəfinin məlumatına görə, Köçəryanın səhhətində problem yarandıqdan sonra ona tibbi yardım göstərilib və yüksək qan təzyiqi qeydə alınıb.