Advertisment

Peskov: Ukraynanın infrastrukturuna hücumlara Rusiyanın cavabı sərt olacaq

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın Rusiya iqtisadi və ticarət infrastrukturuna hücumlarının Moskvanın sərt cavabı ilə nəticələnəcəyini bildirib.

Peskov “Bloomberg”ə açıqlamasında deyib ki, Kiyev Rusiyanın iqtisadi və ticarət obyektlərinə zərbə endirməyə çalışır və bununla da Moskvanın cavab tədbirlərinə səbəb olur.

Bununla yanaşı, Kremlin sözçüsü Rusiyanın Ukraynada hərbi baxımdan irəlilədiyini və bu səbəbdən əlavə hərbi eskalasiyaya ehtiyac görmədiyini bildirib.

Peskov bu açıqlamanı “Bloomberg”in Moskvanın sülh danışıqlarının dalana dirənməsi fonunda Ukraynaya qarşı hücumları gücləndirməyə hazırlaşdığı barədə yaydığı məlumatlara münasibət bildirərkən səsləndirib.