“Cənub” qüvvələri qrupundan olan Rusiya döyüşçüləri “Donetsk Xalq Respublikası”nda Slavyansk və Kramatorsk yaxınlığındakı bəzi ərazilərdə Ukrayna Silahlı Qüvvələrinin birinci müdafiə xəttini aşıblar.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Qerasimov bildirib.
General vurğulayıb ki, “Cənub” qrupunun qoşunları bir neçə istiqamətdə eyni vaxtda təxminən 160 kilometrlik geniş cəbhə boyunca irəliləyərək bəzi ərazilərdə Ukrayna Silahlı Qüvvələrinin Slavyansk-Kramatorsk istehkam ərazisinin birinci müdafiə xəttini aşıblar.
Bəxtiyar CƏFƏRLİ