Kremlin sözçüsü Dmitri Peskov Baş naziri Nikol Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çıxarılması ilə bağlı fikirlərini anlaşılmaz adlandırıb.
Bu barədə “İzvestisya” Kreml sözçüsünə istinadən xəbər yayıb.
“Düzünü desəm, "çıxarılsaydıq, məmnun olardım"ın nə demək olduğunu anlamaqda çətinlik çəkirəm. Əgər Yerevan artıq milli maraqları naminə belə vacib regional təhlükəsizlik təşkilatına üzvlük tələb etmirsə, o zaman müvafiq qərarı verib oranı tərk etməkdə sərbəstdir”, - Peskov bildirib.