Ermənistan Avropa Birliyinin üzvlüyünə müraciət etməklə Avrasiya İqtisadi İttifaqı daxilində dərin qanunvericilik ziddiyyətləri ilə üzləşəcək ki, bu da Yerevanın özünə zərər verəcək.
Herbiand.az bildirir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov həmçinin, Ermənistanın KTMT ilə bağlı son bəyanatlarına da münasibət bildirib: “Əgər Ermənistanın artıq KTMT üzvlüyünə ehtiyacı yoxdursa, Yerevan müvafiq qərarı verməkdə və təşkilatdan çıxmaqda sərbəstdir. İndiyə qədər müxtəlif səviyyələrdə Ermənistan nümayəndələrinin üzvlük dondurulduğu halda, təşkilatdan hələlik çıxmaq planı olmadığı barədə bəyanatlarını eşitmişik. Ən azından, indiyə qədər eşitdiyimiz bəyanat budur”.
Bəxtiyar CƏFƏRLİ