Advertisment

Pakistan səfiri: Müdafiə müqaviləsi ölkəmizin regiondakı rolunu göstərir

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış müdafiə müqaviləsi Pakistanın Cənubi Asiyada təhlükəsizlik və sabitliyin təmin olunmasında mühüm rol oynadığını göstərir.

Bunu Pakistanın Azərbaycandakı səfiri Qasim Mohiuddin Pakistanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə jurnalistlərə açıqlamasında bildirib.

Diplomat qeyd edib ki, regionda davam edən gərginliklər fonunda Pakistan yenidən mühüm rol oynayıb. Onun sözlərinə görə, İslamabadın göstərdiyi dəstək və verdiyi tövsiyələr müəyyən dərəcədə hərbi qarşıdurmanın qarşısının alınmasına kömək edib.

“Bizim köməyimiz və məsləhətlərimiz sayəsində müharibənin qarşısı müəyyən qədər alındı. Biz hələ də problemin sülh yolu ilə həllinə nail olmağa çalışırıq”, – deyə səfir vurğulayıb.

Qasim Mohiuddin İran və ABŞ arasında əldə olunmuş anlaşma memorandumu ilə bağlı danışarkən Pakistanın regional təhlükəsizlik məsələlərində konstruktiv mövqe nümayiş etdirdiyini bildirib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan müdafiə sazişi də İslamabadın regional təhlükəsizlik sistemindəki rolunun göstəricisidir.