Advertisment

Ərdoğan Trampla müzakirələr aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı ikitərəfli münasibətlər, eləcə də regional və qlobal gündəmdəki məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Türkiyə Prezident Administrasiyasının yaydığı məlumata görə, Ərdoğan İran və ABŞ arasında artan gərginlik şəraitində diplomatik imkanlardan maksimum yararlanmağın vacibliyini vurğulayıb. O, danışıqlar prosesinin davam etdirilməsinə ümid etdiyini bildirərək, Ankaranın regionda sülhün təmin olunmasına yönələn diplomatik təşəbbüsləri bundan sonra da dəstəkləyəcəyini qeyd edib.

Telefon söhbəti zamanı Ərdoğan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış Birgə Müdafiə Sazişinə də toxunub. Türkiyə lideri sözügedən razılaşmanın regional sabitliyin və təhlükəsizliyin gücləndirilməsinə mühüm töhfə verəcəyini bildirib.