Newport News Shipbuilding (NNS) gəmiqayırma zavodunun mütəxəssisləri ABŞ Hərbi Dəniz Qüvvələri üçün “Gerald R. Ford” sinifli yeni nəsil 2-ci təyyarədaşıyan gəminin qəbul sınaqlarını uğurla başa çatdırıblar.
Herbiand.az bildirir ki, gəminin 2027-ci ildə istismara verilməsi planlaşdırılır.
Təyyarədaşıyan gəminin uzunluğu 333 metr, eni isə 78 metrdir. Ekipaj 508 zabit və 3789 dənizçidən, eləcə də təxminən 2600 aviasiya personalından ibarətdir.
Gəmi hər biri iki RIM-162 ESSM və iki RIM-116 RAM qurğusu olmaqla yer-hava raket sistemləri, üç 20 mm-lik Phalanx CIWS zenit top sistemi və dörd 12,7 mm-lik pulemyotla silahlanıb.
Göyərtədə beşinci nəsil F-35 qırıcı təyyarələri və pilotsuz uçuş aparatları da daxil olmaqla 90-a qədər təyyarəni qəbul etmək mümkündür.
Bəxtiyar CƏFƏRLİ