İtaliya hakimiyyəti Romanın cənubunda yerləşən Kollefero kommunasında yerləşən sursat fabrikində baş verən partlayışda Rusiyanın iştirakını göstərən heç bir dəlilə malik deyil.
Herbiand.az xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Qvido Crozetto bildirib.
Nazir qeyd edib ki, heç kimdə daxili problemdən başqa bir şeyə işarə edən dəlil yoxdur.
İtaliya hökuməti hazırda sursat fabrikindəki partlayışda "Rusiyanın əlaqəsini" ciddi şəkildə nəzərdən keçirmir. Fəlakətin səbəbinin araşdırılması davam edir.
Qeyd edək ki, 13 avqustda Roma yaxınlığındakı sursat fabrikində partlayış olub. Heç bir işçi xəsarət almayıb.
Bəxtiyar CƏFƏRLİ