Moskva Hərbi Dairəsi (MHD) pilotsuz uçuş aparatlarına qarşı mübarizə üzrə mütəxəssislərin hazırlanmasını əsas prioritetlərdən biri elan edib.
TASS-ın məlumatına görə, MHD-nin mətbuat xidməti bildirib ki, hərbi qulluqçuların PUA təhdidlərinə qarşı hazırlığının gücləndirilməsi hava məkanında düşmən fəaliyyətinin qarşısının alınması baxımından xüsusi əhəmiyyət daşıyır.
Məlumata əsasən, təlimlər zamanı müqaviləli hərbçilər mobil atəş qruplarının tərkibində hava hədəflərinə qarşı atəş açmaq, hərbi texnikanı müşayiət etmək və mümkün hava hücumlarının qarşısını almaq üzrə məşqlər keçirirlər.
MHD-nin mətbuat xidməti qeyd edib ki, taktiki atəş hazırlığı bütün hərbi ixtisaslar üzrə məcburi təlim istiqamətinə çevrilib.