Advertisment

Volqoqradda güclü partlayış səsləri eşidilib

Rusiya Federasiyasının Volqoqrad şəhərində partlayış səsləri eşidilib. Sakinlər  sentyabrın 4-ü axşam saatlarında partlayışa bənzər güclü səslər eşitdiklərini bildiriblər.

Herbiand.az xəbər verir ki, bu barədə “Volqoqrad xəbərləri” telegram kanalı məlumat yayıb.

Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib. İnsan tələfatı və dağıntılar barədə də məlumat almaq mümkün olmayıb. 

Şəhərdə pilotsuz uçuş aparatları (PUA) ilə bağlı təhlükə elan edilməyib.

Qeyd edək ki, bundan əvvəl Kaluqa vilayətinə kütləvi hücum qeydə alınıb. Həmçinin Obninsk və Kaluqaya yaxın ərazilərdə PUA-lar uçub. 

Herbiand.az