Advertisment

Lavrov: Gənclər xarici siyasətdə nələrin baş verdiyini başa düşür

Gənclərin böyük əksəriyyəti xarici siyasətdə nələrin baş verdiyini başa düşür.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov "Sama Menşova" onlayn layihəsinə verdiyi müsahibədə bildirib.

O, qeyd edib ki, böyük əksəriyyət hər şeyin necə başladığını başa düşür: “Mən müntəzəm olaraq Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri də daxil olmaqla gənclərlə görüşür və hər il tədris ilinin açılışında onlarla bir neçə saat vaxt keçirirəm, yaşadıqları ölkələrinə olan maraqlarını fəal şəkildə dəstəkləyirəm”.

Nazir qeyd edib ki, gənclərin başqa bir kateqoriyası da var: "Qayğısız bir həyat yaşadıqlarını, “McDonald's”-ları olduğunu və indi isə "Dadlıdır - və nöqtə" kimi bir şey olduğunu deyənlər var. Sözsüz ki, belələri var".

Bəxtiyar CƏFƏRLİ