Advertisment

Rusiyanın "Perekop" təlim gəmisi Vyetnamın Kamran limanına çatıb

Rusiyanın ali dəniz təhsil müəssisələrinin kursantlarını daşıyan Baltik donanmasının "Perekop" təlim gəmisi Vyetnamın Kamran limanına çatıb.

Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir.

Məlumata görə, Baltik donanmasının dənizçilərini limanda Rusiya baş konsulluğunun və səfirliyinin nümayəndələri, eləcə də Vyetnamın 4-cü dəniz dairəsinin qərargah rəisinin müavini, polkovnik Nguyen Min Lanın rəhbərlik etdiyi Vyetnam nümayəndə heyəti qarşılayıb.

Gəminin rəsmi səfər proqramına Rusiya dəniz donanmasının şəxsi heyətinin Vyetnam Hərbi Dəniz Qüvvələrinin nümayəndələri ilə protokol, mədəni və idman tədbirlərində iştirakı daxildir. Bundan əlavə, rus hərbçiləri vyetnamlı həmkarları ilə dostluq voleybol matçı keçirəcəklər.

"Perekop" iyulun əvvəlində səyahətə yola düşüb. Səyahət 2026-cı ilin dekabr ayının ortalarına qədər davam edəcək. Gəmi təxminən 30.000 dəniz mili qət edəcək. Onun marşrutu 4 okean, 14 dəniz, 23 boğaz və 9 körfəzdən keçəcək.

"Perekop"un uzunluğu 138 metrdir. Təlim zamanı gəmi təxminən 30 təlimatçı və 300 kursant qəbul edə bilir.

Bəxtiyar CƏFƏRLİ