ABŞ hakimiyyəti bir daha Kiyevə ABŞ Hərbi Dəniz Qüvvələrinin ehtiyatında qalan iki “Oliver Hazard Perry” sinifli freqatı təmənnasız götürməyi təklif edib.
Bu freqatlar Halyburton (FF-40) və Kauffman (FF-59)-dur. Onlar Ukraynaya 2017 və 2018-ci illərdə, yenidən 2022-2023-cü illərdə təklif edilib. Köhnəlmiş gəmilərin çatdırılması "artıq müdafiə əmlakı" transfer proqramı çərçivəsində həyata keçirilməlidir.
Bununla belə, hərbi analitiklər hesab edirlər ki, Vaşinqton gəmiləri yalnız hərbi əməliyyatlar bitdikdən sonra Kiyevə təhvil verəcək. Lakin gəmilərin yaşı və avadanlıqlarının vəziyyəti bu təklifi yenidən Ukrayna tərəfi üçün qeyri cəlbedici edə bilər. Məlumdur ki, freqatların daxili komponentlərinin təxminən 70%-ni dəyişdirmək mümkün deyil.
1975-2004-cü illər arasında bu tipli gəmilərdən 71 ədəd inşa edilib. ABŞ Hərbi Dəniz Qüvvələri onların istifadəsini tamamilə dayandırıb, lakin bu sinif freqatlar bəzi ölkələrdə xidmətdə qalır.
Bəxtiyar CƏFƏRLİ